“Qarabağ”dan “Linfild”ə tibbi yardım

“Qarabağ” Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda Şimali İrlandiyanın “Linfild” klubunun qəbul edib.

Newsport.az-a matçla bağlı maraqlı məqam məlum olub.

“Linfild” Bakıya tibbi personalı olmadan gəlib. Belədə, Şimali İrlandiya təmsilçisi Ağdam klubundan bununla bağlı yardım istəyib. “Qarabağ” öz növbəsində ikinci komandasının həkimini rəqib komandaya kömək üçün verib.

Səfərdəki 2:3 hesablı yenilgidən sonra doğma meydanda 2:1 hesabı ilə qalib gələn “Qarabağ”Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right