Avroliqada püşkatmanın vaxtı açıqlandı

Avropa Liqasının qrup mərhələsində püşkatma mərasiminin vaxtı açıqlanıb.

Newsport.az-ın məlumatına görə, Monakoda keçiriləcək püşakatma mərasimi avqustun 30-u, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Ümumilikdə 12 qrup üzrə 48 komanda yarışacaq. Qruplarda ilk 2 yeri tutan komandalar AL-də mübarizəni  pley-off mərhələsində davam etdirəcək.

Avroliqada mübarizə aparan yeganə təmsilçimiz “Qarabağ”  bu həftə keçiriləcək pley-off mərhələsində “Linfild”lə cavab oyunundan qalib ayrılacağı təqdirdə qrup mərhələsinə vəsiqə qazanacaq.

Qeyd edək ki, “Qarabağ” - “Linfild” görüşü avqustun 29-u Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right