Devid Hili: "Bakıda qanımızı içmək istəyəcəklər"

"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi olan Şimali İrlandiyanın "Linfild" klubunun baş məşqçisi Devid Hili "Belfast Live" nəşrinə açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 41 yaşlı mütəxəssis "Qarabağ"la Bakıda keçirəcəkləri cavab görüşü barədə fikirlərini bölüşüb:

"Ciddi sınaq qarşısında olacağıq. Bakıya gedib, "Qarabağ"a qarşı oynamaq məşqçilik karyeramın ən çətin sınağı olacaq. Tribunalarda 30-35 miin azarkeşin olacağını və düşmən atmosferin reallaşacağını xəyal edirəm. Bizim qanımızı içmək istəyəcəklər. Bu, yaxşıdır, oynamaq üçün səbəbimiz var, ümid edirəm ki, nəticə qazanarıq. Lakin "Qarabağ"dan böyük gözlənti var və favorit onlar olacaq. Qrup mərhələsinə vəsiqə qazanmağın nə qədər çətin olduğunu anlayırıq. Hər biriniz gördünüz ki, "Qarabağ" necə yaxşı komandadır. Əlbəttə, ilk oyundakından daha yaxşı olmaq məcburiyyətindəyik. Fasilədə sonra 2:1 hesabı ilə üstün olduğumuz üçün şokda idim. Ancaq topu doğru yerlərə göndərsəniz, hər zaman qol vurmaq fürsətiniz olur. Futbolçularım mükafata layiqdir, çünki "Qarabağ" kimi komandanı məğlub etmək inanılmazdır".

"Linfild" "Vindsor Park"da reallaşan ilk görüşdə "Qarabağ"a 3:2 hesabı ilə qalib gəlib.

Cütün cavab oyunu avqustun 29-u, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma saat 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right