Petrov: "İsraildə "Bney Yehuda"ya futbolun necə olduğunu göstərməliyik"

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində evdə İsrailin “Bney Yehuda” klubu ilə 2:2 hesablı heç-heçə edən “Neftçi”nin müdafiəçisi Kiril Petrov jurnalistlərin suallarını cavablandırıb.
 
Newsport.az-ın məlumatına görə, ukraynalı futbolçu öncə oyunu şərh edib:
 
- Bu, futboldur, hər şey baş verə bilər. Əvvəlcədən hesab təxmin etmək doğru deyil. Ancaq yaxşı ki, biz ikinci qol vurub, oyuna qayıtdıq. Bilirdik ki, onlar əks-hücumda oynayır, ancaq yenə də səhvlər etdik. İndi onlara qarşı necə oynayacağımızı bilirik.
 
- “Arsenal”ı keçdiyiniz üçün komandada eyforiya yaşanırdı?
- Heç bir eyforiyaya yox idi. “Bney Yehuda” ilə matça “Sperantsa” və “Arsenal”la oyunlardakı kimi hazırlaşmışdıq. Onların oyunlarına baxmışdıq.  Necə oynayacaqlarını təxmini bilirdik.
 
- Daha beş dəqiqə oynasaydınız, qalib “Neftçi” ola bilərdi?
- Əgər hakim əlavə 5 dəqiqə əlavə etsəydi və referini əvəzləsəydilər, bəlkə də, biz qalib gələ bilərdik.
 
- Hakim niyə “Neftçi”yə qarşı aqressiv idi? “Bney Yehuda” oyuna rahat şəkildə uzada bilirdi.
- Deməzdim ki, bizə qarşı aqressiya olub. Sadəcə, o, oyunu lazım olan şəkildə idarə edə bilməyib. Özü FIFA referisidir, amma ali futbol qurumunun səviyyəsində oyun idarə edə bilməyib. Əgər öz azərbaycanlı hakimlərimizdən şikayət ediriksə, bu referidən nə deyək?
 
- “Neftçi” İsraildə mərhələni keçə biləcək?
- Qeyri-idman hərəkətlərinə görə, növbəti oyunda onları cəzalandırmalıyıq. Onlara İsraildə göstərməliyik ki, futbol və “Neftçi” nədir. Futbol meydanda qulağını tutub, uzamanqan ibarət deyil.
 
- Onların bu hərəkəti sizi daha da motivasiya etdi və bərabərlik qolunu vurdunuz.
- Məncə, hakim rəqibə belə oynamağa imkan verdi. Təbii ki, bu amil bizi motivasiya etdi. İsraildə burda ikinci hissədə oynadığımız oyunu nümayiş etdirəcəyik.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right