"Sabah favorit "Neftçi" olacaq" - "Bney Yehuda"nın futbolçusu

"Neftçi"nin Moldova və Rusiya klubları ilə oyunlarına baxmışıq və zəif cəhətlərini tapmağa çalışmışıq".

Newsport.az xəbər verir ki, bu fikirləri İsrailin "Bney Yehuda" klubunun futbolçusu Dan Mori deyib. 31 yaşlı mərkəz müdafiəçisi mətbuat konfransında Avropa Liqasının III təsnifat mərhələsində "Neftçi"yə qarşı keçirəcəkləri oyun barədə danışıb. İsrail millisinin üzvü 10 il əvvəl bu klubun heyətində avrokuboklarda "Simurq"a qarşı çıxış etməsinə də toxunub: "Budəfəki oyun daha fərqli olacaq. 10 il əvvəl "Bney Yehuda" favorit idisə, sabah favorit "Neftçi" olacaq. Səhv etmirəmsə, "Simurq"a qarşı mərkəzi arenada oynamışdıq və tribunalar boş idi. Sabah fərqli mənzərə olacaq".

Qeyd edək ki, sabah "Bakcell Arena"da keçiriləcək oyun saat 21:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right