"Bney Yehuda"nın "Neftçi"ni keçmək şansı sıfıra bərabərdir"

"Bney Yehuda"nın bu heyəti ilə "Neftçi"ni keçmək şansları sıfıra bərabərdir. Sadəcə, möcüzə ilə bacara bilərlər. Ancaq onların Yossi Abukasis kimi dahi baş məşqçisi var. "Neftçi" isə çox güclüdür".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Sumqayıt"ın israilli oyunçusu Əmir Ağayev ölkəsinin mətbuatına müsahibəsində deyib.

Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Neftçi" ilə İsrailin "Bney Yehuda" klubunun mübarizəsini dəyərləndirən yarımmüdafiəçi təmsilçimiz haqda müsbət fikirlər səsləndirib: "Ötən mövsüm çempionluğu son anda əldən verdilər. Möhtəşəm futbolçulara malik olan böyük klubdur. Dario Frederiko kimi futbolçuları var. Onlar güclü hücum xəttinə malikdir. "Bney Yehuda" bunu göz önünə almalıdır".

Ə.Ağayev "Bney Yehuda"dan yalnız Din Morinin ondan "Neftçi" haqda soruşduğunu bildirib: "Din Moridən başqa heç kim mənimlə danışmayıb. "Neftçi"ni keçəcəklərinə inanmağım çətindir. Məncə, "Bney Yehuda" heyətini gücləndirmək və çempionatı düşünür. Bu səbəbdən də mənimlə əlaqə saxlamadıqlarını düşünürəm".

Ə.Ağayev sonda Bakıdakı oyunu stadiondan canlı izləyəcəyini əlavə edib: "Klub prezidenti Riad Rəfiyevə bilet təşkil etməsini tapşırmışam".

Qeyd edək ki, Əmir Ağayev "Bney Yehuda"nın yetirməsidir və 2017-ci ilə qədər bu klubda çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right