"Neftçi" - "Bney Yehuda": hakimlər açıqlandı

UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində keçiriləcək "Neftçi” – "Bney Yehuda” matçının təyinatları açıqlanıb.

Newsport.az-ın məlumatına görə, Fransadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Kərim Abed olacaq. Ona Hiçam Zakrani və Mikael Berçebru kömək edəcəklər. Dördüncü hakim funksiyasını Floran Batta yerinə yetirəcək. UEFA nümayəndəsi Yonel Piskanu (Rumıniya), hakim-inspektor isə Kyell Alset (Norveç) olacaq.

Avqustun 8-i "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Bney Yehuda” oyunu saat 21:00-da başlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right