Emin Mahmudov: “Bney Yehuda” ilə oyunlara da qələbə üçün çıxacağıq”

"Neftçi"nin kapitanı Emin Mahmudov Avropa Liqasının II təsnifat mərhələsində Rusiyanın "Arsenal" klubuna 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
 
Newsport.az-ın məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi öncə oyunu şərh edib:
 
- Müdafiədə çox yaxşı oynaıyırdıq. Məqsədimiz onların oyunlarını nümayiş etdirməsinə mane olmaq idi. Yaxşı əks-hücumlar təşkil etdik. Məşqdə sıx pressinq üzərində işləmişdik. Rəqib pis komanda deyil, məcbur müdafiədən oynayırdıq. Əks-hücumlarda yaxşı çıxış etdik.
 
- “Neftçi”nin ilk dəqiqəlrdən oyunu alınmırdı. Qol buraxsaydınız, bəlkə də başqa cür ola bilərdi.
-  Bir az tez vursaydılar, bəlkə də, başqa cür olardı. Futboldur, olur belə şeylər. “Arsenal”a qol vurmaq üçün şans vermədik.
 
- Qriqalava “Neftçi”nin futbolçuları ilə gərgin anlar yaşayırdı. Epizodların birində sizə yaxınlaşıb, xoş söhbət etdi. Nə danışırdınız?
- Onunla bir komandada oynamışam. Onu yaxşı tanıyıram. Bir az aqressiv və emosional futbolçudur. Oyunda belə şeylər baş verir.
 
- “Arsenal” səddini keçməyiniz komanda üçün stimul oldu. “Bney Yehuda” illə III mərhələdki oyunlarda qələbə üçün çıxaqcaqsınız?
- Əlbəttə, biz “Bney Yehuda” ilə oyunlara da qələbə üçün çıxacağıq. Biz hər oyuna bu istəklə çıxırıq.
 
- “Bney Yehuda”nı keçəcəyinizə inanırsınız?
- Əlbəttə, inanmasaq, niyə çıxaq ki?
 
- Azərbaycan klubları İsrail komandaları ilə oyunlarda uğursuzluğa düçar olur.
- Rusiya klublarını da heç vaxt məğlub etməmişdik. İnşallah, yaxşı olar. İlki bacararıq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right