Ceyhun Sultanov: "Heç bir halda rahat ola bilmərik"

“Neftçi”nin idman direktoru Ceyhun Sultanov Avropa Liqasının II təsnifat mərhələsinin “Arsenal”la (Rusiya) cavab oyunu ilə bağlı fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görəRusiyanın “İzvestiya” nəşrinə açıqlama verən klub rəsmisi axşam keçiriləcək oyun haqda bunları deyib:

“Tulada uğurlu nəticə qazandıq. Ancaq heç bir halda rahat ola bilmərik. Bizi olduqca çətin bir oyun gözləyir. “Arsenal” yaxşı hücum edə biləcək komandadı. Azərkeşlərimizlə oynayacağıq və növbəti mərhələyə yüksəlmək üçün çalışacağıq”.

“Neftçi” – “Arsenal” matçı bu gün saat 21:00-da start götürəcək. Komandalar arasındakı ilk oyunda “ağ-qaralar” minimal hesablı qələbə qazanıb – 1:0.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right