"Qəbələ"nin cavab oyununda finlandiyalı hakimlər

Avropa  Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək "Dinamo" (Gürcüstan) - "Qəbələ" cavab oyunu üçün hakim təyinatları açıqlanıb.

Newsport.az-ın məlumatına görə, matçın baş hakimi Finlandiya Futbol Federasiyasından Petri Viliyanen olacaq. Ona həmyerliləri Riku Vihreavuri və Mika Lamppu köməklik edəcək. Dördüncü hakim funksiyasını Dennis Antamo yerinə yetirəcək.

Qeyd edək ki,  avqustun 1-i Tiflisə keçiriləcək "Dinamo"  - "Qəbələ" görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu komandalar arasında ilk matçda "Qəbələ" 0:2 hesabı ilə uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right