"Dinamo" Qəbələdə 2 top vurubsa, biz də Tbilisidə bunu bacararıq"

"Qəbələ"nin futbolçusu Qismət Alıyev doğma meydanda "Dinamo"ya (Tbilisi) 0:2 hesabı ilə uduzduqları Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunu barədə fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi məğlubiyyəti şərh edib:

"Rəqibin güclü və zəif tərəflərini analiz etmişdik, zəif tərəflərdən yaralanaraq, ən azı 2 qol vura bilərdik. Oyunun əvvəllərində belə imkanlarımız oldu, öz hücumlarımız rəqibə nəzərən az da deyildi. Fərqlənə bilsəydik, tam fərqli matça və hesaba şahidlik edərdik. İkinci hissədə də epizodlar yaratdıq".

Alıyev cavab oyunu barədə inamlı sözlər deyib: "Cavab oyununa yaxşı hazırlaşmalıyıq. Rəqib Qəbələdə 2 top vurubsa, biz də Tbilisidə bu qədər fərqlənə bilərik. Yəqin ki, məşqçilərimiz də güclü və zəif tərəfləri görüb. Harda səhvlərimiz varsa, onlar üzərində işləyib cavab matçından qələbə ilə dönmək istəyirik. Hər halda yenə deyirəm: Biz də Gürcüstan paytaxtında 2 dəfə fərqlənə bilərik. Bunun üçün səhvlərimizi düzəltməliyik. Yəqin ki, matçı analiz edəcəyik. Cavab görüşündə bugünkü səhvləri təkrarlamadan ələ düşən fürsətlərin hamısını qola çevirərək, mərhələni keçmək istəyirik".

 

Cavab görüşü avqustun 1-də Tbilisidəki Boris Payçadze adına "Dinamo" stadionunda keçiriləcək





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right