"Layiqli qələbə qazandıq" - Kirilo Petrov

"Neftçi"nin futbolçusu Kirilo Petrov səfərdə Rusiyanın "Arsenal" klubuna qalib gəldikləri (1:0) Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görəo, növbəti mərhələ şanslarının bərabər olduğunu söyləyib:

"İki bərabər səviyyəli rəqibin ifasında maraqlı oyun alındı. Yaxşı futbol ab-havası var idi. Qolu onlar yox, biz vurduq. Hələ qarşıda ikinci qarşılaşma var. Şanslar bərabərdi".

30 yaşlı müdafiəçi bildirib ki, görüş ərəfəsində rəqibi yaxşı analiz ediblər. Amma o, oyunadək heç bir komandanı favorit saymadıqlarını vurğulayıb: "Matç başlayanadək hesab 0:0 olur. Ona görə də iki bərabər səviyyəli komandanın qarşılaşdığını demək olar. Favoriti oyundan sonra açıqlamaq mümkündü. Qol vurduğumuz kimi buraxa da bilərdik".

Səfərdə baxımlı oyun sərgilədiklərini deyən Petrov Bakıdakı cavab görüşündə nəticəni daha çox düşünmələrinin gərəkliyini vurğulayıb: "Fikrimcə, Tuladakı oyun azarkeşlərin xoşuna gəldi. Çoxlu mübarizə və maraqlı anlar izlədik. Layiqli qələbə qazandığımızı düşünürəm. Bakıda daha yaxşı çıxış etməliyik ki, müsbət nəticəyə nail olaq. Doğma azarkeşlər önündə gözəl və məhsuldar oyun göstərməliyik. Məncə, ilk növbədə, nəticəni düşünməliyik".

Təcrübəli oyunçu onu da qeyd edib ki, Avropa Liqasında artıq 3 matçdı qol buraxmadıqlarına görə tək müdafiəçilərə yox, bütün komandaya afərin düşür.

"Neftçi" I təsnifat mərhələsində Moldova "Sperantsa"sını məğlubiyyətə uğradıb - 3:0, 6:0.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right