"Neftçi" - "Arsenal": hakimlər açıqlandı

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək "Neftçi” – "Arsenal” matçının təyinatları açıqlanıb.

 

Newsport.az-ın məlumatına görə, oyun Maltadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Alan Mario Sant olacaq. Ona Edvard Spiteri və Roberto Vella kömək edəcəklər. Dördüncü hakim funksiyasını Malkolm Spiteri yerinə yetirəcək.

 

UEFA nümayəndəsi Kuanış Kanapyanov (Qazaxıstan), hakim-inspektor isə Mika Peltola (Finlandiya) olacaq.

 

Avqustun 1-i "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Arsenal” oyunu saat 21:00-da başlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right