"Səfərə qələbə dalınca gedəcəyik" - Zaur Həşimov

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Gürcüstan təmsilçisi “Dinamo”ya (Tbilisi) 0:2 hesabı ilə uduzan “Qəbələ”nin məşqçisi Zaur Həşimov oyundan sonra keçirilmiş mətbuat konfransında fikirlərini bölüşüb.
 
Newsport.az-ın məlumatına görə, gənc mütəxəssis öncə oyunu şərh edib:
 
- Yaxşı və mobil komandaya qarşı oynadıq. Rəqibi analiz etmişik. Fiziki və atletik cəhətdən güclü olduqlarını bilirdik. “Dinamo” hazırda Gürcüstan çempionatında liderdir. İvitsa komandada ilk matçını keçirdi. Bəzi futbolçularımız yenicə komandaya qoşulub. Davit Volkovun da zədəsi var idi. Sıfırdan yeni komanda qurmuşuq. Meydanda yaxşı oynadığımızı deyə bilmərəm. Məğlubiyyət istənilən halda ağırdır. Evdə ilk oyunda bu hesabla uduzmaq isə daha ağır gəlir.
 
- Qalib gəlmək üçün hansı plan qurulmuşdu?
- Oyun ərzində əlimizə düşən şanslar hücum ötürmələrindən oldu. Uzun ötürmələrdən istifadə edirdik. Bizdə alınırdı, ancaq top çərçivəyə düşmürdü.
 
- Ülvi İsgəndərovun əvəzinə başqa hücumçu oynamağaı mümkün olmazdımı?
- Ülvi yaxşı formadadır. Məşqlərdə və yoldaşlıq oyunlarında yaxşı idi və qol da vurdu. Onu əvəz edən Kristiandır, o da tam hazır deyil. Ülvi ilk avrokubok matçına çıxmışdı, bunu da nəzərə alaq. Ona güvənimiz var. “Qəbələ”yə xeyir verəcək futbolçu olacaq.
 
- Davit Volkovun zədəli olduğunu dediniz. O, əvəzlənərkən sərt etiraz elədi.
- Volkovun nənəsi rəhbəmətə getmişdi və Gürcüstana getmişdi. Bizimlə iki həftə məşq etmişdi. Buna görə də, toplanışımızdakı oyunlarda 90 dəqiqə meydanda olmamışdı. Etirazını başa düşürəm. Futbolda belə hallar olur və hamımız görürük. Oynamaq istədiyi üçün edir. Gürcüstan klubuna qarşı oynamaq istədiyi üçün etiraz etdiyini düşünürəm. Hər şey qaydasındadır.
 
- Cavab matçında nəyə ümid etmək olar?
- Bu sualı gözləyirdim. Rəqibi daha yaxşı tanıdıq. Üstün və zəif cəhətlərini gördük. Biz ora ümidsiz getməyəcəyik. Oyun oynamaq xatirinə yollanmyacağlq. Ən azı qalib gəlmək üçün yollanacağıq.
 
- Bu heyətlə “Qəbələ” Premyer Liqada nə edə bilərsiniz?
- Bu gün oyunumuz optimal deyil. Yeni komandayıq. Akademiyadan bir neçə oyunçularımız qoşulub. Çempionatda daha səviyyəli və optimal “Qəbələ” görəcəyik. Bu, şəxsi fikrimdir. Hansı hədəflərin qoyulması barədə baş məşqçi Sənan Qurbanov danışmalıdır.
 
- “Dinamo” açıq oyun göstərməsinin səbəbi nə idi?
- Rəqib daha hazırlıqlı idi. Onlarda çempionat davam edir. Onlar I təsnifat mərhələsindən başlayıblar. Açıq oynamalarının səbəbi hazırlıqlı olmaları ilə əlaqəlidir. Fiziki və taktiki cəhətdən işlərini bilirdi. 10, 32, 38 npmrəli futbolçular məşqçinin meydanda nə görmək istədiyini göstərdi.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right