"Dinamo"nun baş məşqçisi: "Oyunda istədiklərimizi həyata keçirdik"

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində səfərdə “Qəbələ”yə 2:0 hesabı ilə qalib gələn Tblisi “Dinamo”sunun baş məşqçisi Feliks Visente Miranda oyundan sonra baş tutan mətbuatı konfransında fikirlərini bölüşüb.
 
Newsport.az-ın məlumatına görə, ispan çalışdırıcı jurnalistlərin suallarına cavab verib:
 
- Sizcə, oyunda ən yaxşı kim idi?
- Onu qeyd edə bilərəm ki, ən yaxşı komanda idi. İstər 90, istərsə də, 10 dəqiqə oynayan futbolçulardan razı qaldım. Kimisə xüsusi qeyd etmək istəmirəm. Bu, bizim getmək istədiyimiz yoldur.
 
- Ötən gün heç-heçəni yaxşı nəticə kimi qəbul edəcəyinizi demişdiniz. Bu hesab barədə nə düşünürsünüz?
- Əlbəttə, 2:0 bizim üçün yaxşı hesabdır. “Qəbələ” çox yaxşı rəqibdir. Əlimizdən gələni etməliyik ki, evdə sərfəli nəticəni qoruyaq və mərhələni adlayaq.
 
- “Qəbələ” də oyun ərzində bir neçə təhlükəli qol şansı yarada bildi...
- Biz müəyyən qol şansları yaratdıq. Açığı, rəqib də səviyyəli komandadır. Tam oyunumuzu göstərməyə bizə imkan vermədilər. Ancaq oyun ərzində istədiklərimizi həyata keçirdik.
 
- Tbilisidə hücum futbolu oynayacaqsızın, yoxsa hesabı qorumağa çalışcaqsınız?
- Bizim hər oyun üçün planımız var. Bu gün yaxşı oynadıq, istədiyimiz nəticəni əldə etdik. Ancaq bizi qarşıda mükəmməl rəqiblər oyun gözləyir. Hər şey həll olmayıb. 100 yox, 200 faiz hazır olmalıyıq ki, növbəti mərhələyə keçək.
 
- 10 oyundur ki, qalib gəlirsiniz. Bunun sirri nədədir?
- Mən dünən də qeyd etdim ki, komanda ruhu önəmlidir. Bu qələbələrdə futbolçuları təbrik etmək istəyirəm. Qarşıda bizi daha çətin oyun gözləyir. Həmin matça ciddi hazırlaşmalı və mərhələ keçməyi düşünməliyik.
 
- “Qəbələ”nin belə ucuz oyunda hansı keyfiyyətləri sizin diqqətiniz çəkdi
- “Qəbələ” kompakt və aqressiv komandadır. Rəqibin individual cəhətdən üstün olan futbolçuları var. Hər an bizə təhlüəkə yarada bilərlər. Tbilisidə topa daha çox nəzarət etməliyik ki, mərhələni biz keçək.
 
- Oyundan öncə şansları bərabəri hesab etmişdiniz. İndi şansları necə hesab edirsiniz?
- Eyni fikirlərdəyəm. Səmimi şəkildə deyirəm ki, şanslar bərabərdir. 0:2 olsa da, rəqib təhlükəlidir. Paltardəyişmə otağlnada da bunu futbolçulara dedim. 100 deyil, 200 faiz hazır olmalıyıq ki, mərhələ adlaya bilək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right