"Qəbələ" "Dinamo"ya uduzdu Yenilənib

Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları davam edir.

Newsport.az-ı
n məlumatına görə, Azərbaycan kubokunun qalibi “Qəbələ” bu gün mübarizəyə start verəcək. Sənan Qurbanovun komandası öz meydanında Tbilisi “Dinamo”sunu qəbul edəcək.

“Qəbələ” 2015-2016-cı illər mövsümündə də bu rəqiblə qarşılaşıb. Avropa Liqasının I təsnifat mərhələsinin səfər oyununda 1:2 hesabı ilə uduzan təmsillçimiz evdə iki cavabsız qolla qalib gələrək mərhələ adlayıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu bir həftə sonra Gürcüstanda keçiriləcək. Cütün qalibi Hollandiyanın “Feyenoord” klubu ilə qarşılaşacaq.



25 iyul

Avropa Liqası

II təsnifat mərhələsi, ilk oyunlar

19:00. "Qəbələ" (Azərbaycan) - "Dinamo" (Tiflis, Gürcüstan) - 0:2 
Qol:
 Levani Kutalia, 41, Arfanq Daffe, 87 
Baş hakim: Nikolas Uolş (Şotlandiya)
Qəbələ şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right