Mahmudov: "Neftçi" və "Arsenal”ın legionerləri arasında böyük fərq yoxdur"

UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində "Arsenal”la oyun öncəsi "Neftçi”nin kapitanı Emin Mahmudov mətbuat konfransında fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi oyuna ciddi hazırlaşdıqlarını deyib:

"Çox ciddi hazırlaşmışıq. Bizi çətin oyun gözləyir. Bura qələbə qazanmağa gəlmişik. Bunun üçün əlimizdən gələni edəcəyik. Ümid edirəm, evə müsbət nəticə ilə dönəcəyik”.

Mahmudov "Neftçi" və "Arsenal"ın legionerlərində böyük fərq olmadığını deyib: "Məncə, bizdəki əcnəbilərlə "Arsenal”ın legionerləri arasında elə böyük fərq yoxdur. Rusiya çempionatının ikinci "8-liy”ində qərarlaşanlarla bizim legionerlər eyni səviyyədədirlər. Təbii ki, Rusiya top-klublarında legionerlər bizimkilərdən daha güclüdürlər. Kirill Kombarovla 2 il bir yerdə oynamışıq. Əlbəttə, sabah həm onunla, həm digər oyunçularla, həm də ikinci və üçüncü məşqçilərlə görüşüb, danışacağam. Çoxdandır əlaqə saxlamırıq. Köhnə dostlara qarşı oynamaq xoş olacaq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right