Avropa Liqasının II təsnifat mərhələsində "Qəbələ"nin qonağı olacaq Gürcüstan təmsilçisi "Dinamo" Qəbələyə gəlib.
Newsport.az-ın məlumatına görə, Tbilisi təmsilçisi "Qafqaz Yeddi Gözəl Hotel"də məskunlaşıb.
Komanda axşam saatlarında matçın keçiriləcəyi Qəbələ Şəhər Stadionunda oyun öncəsi son məşqni keçirəcək.
"Qəbələ" - "Dinamo" oyunu iyulun 25-i, saat 19:00-da baş tutacaq.




