Avropa Liqasına II təsnifat mərhələsində Gürcüstanın "Dinamo" klubunu qəbul edəcək "Qəbələ" oyunun hazırlığını davam etdirir.
Newsport.az-ın məlumatına görə, Türkiyədəki toplanışdan qayıtdıqdan sonra Bakı Olimpiya Stadionun köməkçi meydançasında hazırlaşan komanda Qəbələyə yollanıb.
"Qırmızı-qaralar" ötən gün matçın keçiriləcəyi Qəbələ şəhər stadionunda məşqə çıxıb.
"Qəbələ" - "Dinamo" görüşü iyulun 25-i, saat 19:00-da baş tutacaq.