"Dundalk" - "Qarabağ" cütünün Avroliqadakı rəqibi

Avropa Liqasının Çempionlar yolunda 3-cü təsnifat mərhələsinin püşkü atılıb. 

Newsport.az-ın məlumatına görə, qitənin bir nömrəli klub turnirindən Avroliqaya düşən klubların potensial rəqibləri  müəyyənləşib.

Təmsilçimiz "Qarabağ"ın da Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Dundalk” səddində ilişəcəyi təqdirdə hansı komandalarla qarşılaşa biləcəyi məlum olub. Ağdam klubu İrlandiya təmsilçisinə uduzsa, Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Slovan" (Slovakiya) - “Ferronikeli” (Kosovo) cütünün qalibinə rəqib olacaq. "Qarabağ"ın Avroliqaya düşsə, 3-cü mərhələdə ilk oyununu səfərdə keçirəcək.

Qeyd edək ki, Avropa Liqasında 3-cü təsnifat mərhələsinin oyunları avqustun 8-də və 15-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right