"Neftçi" "Arsenal"ı keçsə... "Trabzonspor"la qarşılaşa bilər

"Neftçi"nin Avropa Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, "ağ-qaralar" 2-ci təsnifat mərhələsində Tula "Arsenal"ını mübarizədən kənarlaşdırsa, növbəti raundda səpələnmişlər səbətində yer alacaq.

Bu isə o deməkdir ki, Bakı klubu iyulun 22-də keçiriləcək püşkatmada reytinqi nisbətən aşağı olan komandalardan biri ilə qarşılaşacaq. "Neftçi"nin mümkün rəqibləri arasında "Trabzonspor" və 1-ci təsnifat mərhələsində "Səbail"i mübarizədən kənarlaşdıran "Universitatya" kimi klublar da var.

Avropa Liqası, 3-cü təsnifat mərhələsi

Səpələnmişlər

"Sparta" (Praqa, Çexiya)
"Espanyol" (İspaniya) - "Styarnan" (İslandiya) cütünün qalibi
"Domjale" (Sloveniya) - "Malmö" (İsveç) cütünün qalibi
AEK (Yunanıstan)
"Buduçnost" (Monteneqro) - "Zarya" (Ukrayna) cütünün qalibi
"Arsenal" (Tula, Rusiya) - "Neftçi" (Azərbaycan) cütünün qalibi

Səpələnməmişlər

"Trabzonspor" (Tükiyə)
"Utrext" (Hollandiya) - "Jrinski" (Bosniya və Herseqovina) cütünün qalibi
SSKA (Sofiya, Bolqarıstan) - "Osiyek" (Xorvatiya) cütünün qalibi
"Lyutsern" (İsveçrə) - "Kİ Klaksvik" (Farer adaları) cütünün qalibi
"Bney Yehuda" (Tel-Əviv, İsrail)
"Honved" (Macarıstan) - "Universitatya" (Krayova, Rumıniya) cütünün qalibi

Qeyd edək ki, "Neftçi" ilə "Arsenal" arasında ilk iyulun 25-də Tulada keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Cavab matçı isə 1 həftə sonra "Bakcell Arena"da olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right