İspaniyalı məşqçi: "Qəbələ" ilə şanslarımız bərabərdir"

Avropa Liqasının II təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olacaq Gürcüstanın "Dinamo" klubunun məşqçisi Xisko Munyos Andorra "Enqordani"sini 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 38 yaşlı ispaniyalı mütəxəssis "Qəbələ" ilə şansların bərabər olduğunu deyib:

"Çətin oyun oldu. İlk oyundan sonra böyük üstünlüyümüz var idi. Ev sahibi komanda doğma azarkeşləri önündə böyük həvəslə oynayırdı. Yekunda ikinci oyunda da qalib gələ bildik. Növbəti rəqibimiz olduqca güclüdür. Şansları bərabər hesab edirəm. Sabah "Qəbələ" ilə oyunun hazırlığına başlayacağıq".

"Dinamo" "Enqordani"ni ilk matçda 6:0 hesabı ilə udmuşdu.

Xisko "Dinamo"nun baş məşqçisi Feliks Visentenin köməkçisidir.

Cütün ilk oyununu iyulun 25-də Qəbələ şəhər stadionunda keçirəcək. Oyun 19:00-da start götürəcək. Cavab görüşü isə avqustun 1-i səfərdə baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right