UEFA "Səbail"in oyununa təyinatları açıqladı

Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Səbail" və "Universitatya" komandaları arasında keçiriləcək cavab oyununa hakim təyinatları açıqlanıb.

Newsport.az-ın məlumatına görə, Rumıniyadakı görüş islandiyalı hakimlər briqadasına həvalə olunub.

Matçı Helgi Mikael Yonasson idarə edəcək. Onun köməkçiləri Yohann Qudmundsson və Bringeir Valdimarsson olacaq. Dördüncü hakim funksiyasını isə İvar Orri Kristyansson yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 18-də keçiriləcək "Universitatya" - "Səbail" oyunu Bakı vaxtı ilə 20:00-da başlayacaq. Komandalar arasında paytaxtımızda keçirilən ilk matç təmsilçimizin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right