"Neftçi"nin oyunu avstriyalı hakimlərə tapşırıldı

"Neftçi"nin Avropa Liqasının I təsnifat mərhələsində "Sperantsa"ya (Moldova) qarşı keçirəcəyi cavab matçının hakimləri açıqlanıb.

Newsport.az-ın məlumatına görə, qarşılaşma avstriyadan olan briqadasına tapşırılıb. Baş hakim Yulian Vaynberger olacaq. Ona yan xətdə Maksimilian Kolbiç və Mixael Nemets kömək edəcək. Andrea Hayss isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

İyulun 18-də 8-ci km stadionunda keçiriləcək "Neftçi" - "Sperantsa" matçı saat 21:00-da başlanacaq. Komandalar arasında Moldovada oynanılan görüş "Neftçi"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right