"Səbail"in bizim haqda məlumatı daha çoxdur"

"Çətin oyun gözləyirik. Bu həm də komandamızın yeni mövsümdə ilk rəsmi matçıdır. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik".

Newsport.az-ın məlumatına görəbu sözləri Rumıniyanın "Universitatya Krayova" klubunun baş məşqçisi Korneliu Papure deyib. UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Səbail"lə Bakıda keçiriləcək ilk oyunu öncəsi təşkil olunan mətbuat konfransında danışan 45 yaşlı mütəxəssis rəqib haqqında tam məlumat toplaya bilmədiklərini bildirib:

"Süni örtüklü meydançada oynamağımız bizə əlavə çətinlik yaradacaq. Çalışacağıq ki, nəticə bizim üçün müsbət olsun. Hər dəfə rəqib haqqında maksimum məlumat toplamağa çalışırıq. Ancaq bu dəfə çətin oldu. Əlimizdə olan yalnız yoxlama oyunlarının götüntüləridir. Ötən mövsümün matçlarına baxmağı isə düzgün saymıram. Çünki fasilədə dəyişikliklər olur".

Rumıniyalı məşqçinin sözlərinə görə, futbolda məsafənin uzaqlığı problem olmamalıdır: "Uçuşumuz cəmi 2,5 saat çəkdi. Məni daha çox oyun saatındakı isti temepratur narahat edir. Bu iqlimə öyrəşməliyik. Strategiyamız oyundan sonra bəlli olacaq. Favorit göstərilməyimizlə razı deyiləm. Biz hər zaman rəqibə uyğun strategiya seçirik. Rəqibin güclü və ya zəif olmasına baxmırıq".

Papure hələlik start heyətini müəyyənləşdirmədiyini söyləyib: "Səbail" Rumıniyadan bir Erik da Silvanı gətirib. Bunu nəzərə alsaq, onların bizim haqqımızda məlumatı daha çoxdur. Rəqib yox, öz oyunumuz haqqında düşünürəm. Hələlik start heyəti barədə bir söz deyə bilmərəm".

Qeyd edək ki, iyulun 11-də “ASCO Arena”da keçiriləcək “Səbail” - “Universitatya Krayova” oyunu saat 20:00-da başlayacaq. Bu komandalar arasında cavab matçı iyulun 18-də Krayovada olacaq (APA).

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right