"Beşiktaş" üçün münasib rəqib, 1/8 finalda ispan və italyan dueli YENİLƏNİB

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Newsport.az-ın məlumatına görə, turnirdə mübarizəni davam etdirən 16 komanda növbəti rəqiblərinin adı müəyyənləşib.
  
Püşkə İtaliya 5, Rusiya, Ukrayna, İspaniya hərəsi 2, Belçika, Türkiyə, Almaniya, Hollandiya və İngiltərə hərəsi 1 klubla təmsil olunacaq.

1/16 finalında "Liverpul"u mübarizədən kənarlaşdıran Türkiyənin "Beşiktaş" klubu növbəti mərhələdə "Brügge"yə (Belçika) rəqib olub. "Qarabağ"la eyni qrupda mübarizə aparmış "Dnepr" (Ukrayna) 1/8 finalda "Ayaks"la (Hollandiya), İtaliya "İnter"i isə "Volfsburq"la (Almaniya) ilə qarşılaşacaq. 
 
Qeyd edək ki, 1/8 finalın ilk oyunları martın 12-də, cavab qarşılaşmaları 19-da keçiriləcək.




Avropa Liqasında 1/8 finalın cütlükləri belədir:

“Everton” (İngiltərə) - “Dinamo” (Kiyev, Ukrayna)

“Dnepr” (Ukrayna) - “Ayaks” (Hollandiya)

“Zenit” (Rusiya) - “Torino” (İtaliya)

"Volfsburq" (Almaniya) - “İnter” (İtaliya)

“Vilyarreal” (İspaniya) - “Sevilya” (İspaniya)

“Napoli” (İtaliya) - “Dinamo” (Moskva, Rusiya)


“Brügge” (Belçika) - “Beşiktaş” (Türkiyə)

“Fiorentina” (İtaliya) - “Roma” (İtaliya)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right