Rəqibi tanıyaq: “Neftçi” üçün debütant

“Neftçi”nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, “Ağ-qaralar” ilk olaraq Moldova təmsilçisi “Speranta”nı mübarizədən kənarlaşdırmalıdı.

Nisporeni şəhərini təmsil edən klub 1991-ci ildə yaradılıb. Növbəti ildən Moldovanın əsas liqası Milli Divizionda mübarizə aparan “Speranta” 6 mövsüm sonra – 1998-ci ildə A Divizionuna düşüb. Komanda yalnız 2015/16 mövsümündə Milli Diviziona qayıtmağa nail olub. “Speranta” ev oyunlarını Nisporeni şəhərinin 2500 azarkeş tutumuna malik “Mirça Elyade” stadionunda keçirir. Komandanın baş məşqçisi moldovalı mütəxəssis Kristian Efrosdu.

“Speranta”nın 28 illik tarixi uğurlarla zəngin deyil. Komanda indiyə qədər ölkə çempionatlarında medalçı olmağı bacarmayıb. Komanda yalnız 2013/14 mövsümündə A Divizionun qızıl medallarına yiyələnərək, Milli Diviziona vəsiqə qazana bilib. Nisporeni təmsilçisi ən böyük uğuruna ötən mövsüm nail olub. Komanda 38 xalla lider “Şerif”dən 25 xal geridə 4-cü pilləni tutub. Bununla da, “Speranta” tarixində ilk dəfə avrokuboklarda iştirak etmək hüququ qazanıb.

Komandanın hazırkı heyətinin “transfermarkt”da ümumi dəyəri 4,53 milyon avrodu. “Neftçi”də isə bu rəqəm 9, 58 milyon avro təşkil edir.

“Speranta” “Neftçi”nin baş məşqçisi Roberto Bordinə tanış komandadı. İtaliyalı mütəxəssis “Şerif”də çalışarkən bu komandaya qarşı 5 oyunda iş başında olub. O, həmin görüşlərdin 4-də qələbə qazanıb, 1-də məğlubiyyətlə üzləşib. Bordinin komandası buraxdığı 3 qolun müqabilində bu rəqibini 11 dəfə məyus edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right