ŞOK! "Arsenal" və "Çelsi" biletlərdən imtina edir

Avropa Liqasının Bakıda keçiriləcək final matçının iştirakçı komandaları onlara ayrılan biletlərin bir hissəsindən imtina etməyi planlaşdırır.

Newsport.az "The Times" nəşrinə istinadən xəbər verir ki, İngiltərənin "Arsenal" və "Çelsi" klubları ümumilikdə 6000-dən çox bilet qaytaracaqlar. Çünki müvafiq olaraq 3500 və 2000 bilet sata biliblər.

UEFA ümumilikdə klubların hər birinə 5800 bilet ayırıb ki, bu da finalın keçiriləcəyi stadionda yer tutumunun 10 faizini təşkil edir.

Qərar Bakı aeroportunun buraxılış imkanlarının aşağı olması ilə əlaqədar qəbul edilib.

Həmçinin 2000 biletin ayrıldığı UEFA sponsorları analoji problemlə üzləşiblər.

İngilis klubları və sponsorların qaytaracaqları biletlər yenidən satışa çıxarılacaq. Hazırda Azərbaycanda 23 000 bilet satılıb.

Qeyd edək ki, final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right