Türkiyəli hakim Cüneyt Çakır Avropa Liqasının 1/16 finalın mərhələsinin cavab oyunlarına təyinat alıb.
Newsport.az-ın məlumatına görə, o, fevralın 26-ı keçiriləcək "Zenit" - PSV matçını idarə edəcək. C.Çakıra Bahattin Duran və Tarık Ongun köməklik edəcək.
Qeyd edək ki, "Zenit" - PSV oyunu fevralın 26-ı, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.