"Qarabağ" "Arsenal"a uduzdu Yenilənib

Bu gün Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq.

Newsport.az-ın məlumatına görə, təmsilçimiz “Qarabağ” turnirdə bu mövsüm sonuncu oyununu keçirəcək. Ağdam təmsilçisi 6-cı turda London “Arsenal”ının qonağı olacaq.

Görüş hər iki komanda üçün formal xarakter daşıyır. Çünki “Qarabağ” qrupdan çıxmaq şansını itirib, “Arsenal” isə qrup birincisi kimi 1/16 finala vəsiqəni təmin edib.

Qrupun digər oyununda “Sportinq” “Vorskla”nı qəbul edəcək.


13 dekabr

Avropa Liqası

Qrup mərhələsi, 6-cı tur

E qrupu

00:00 "Arsenal" - "Qarabağ" - 1:0
Qol:
 Aleksandr Lyakazette, 17

Baş hakim: Yens Qrabski (Danimarka)
London. “Emireyts” stadionu





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right