Özil "Qarabağ"la oyuna hazırdır

“Arsenal”ın yarımmüdafiəçisi Mesut Özil Avropa Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turunda “Qarabağ”a qarşı ev oyununda meydana çıxa bilər.

Newsport.az-ın məlumatına görə, təxminən 1 aya yaxındır çiynindəki zədədən əziyyət çəkən türk əsilli alman futbolçu tam sağalıb. Artıq komanda ilə birlikdə məşqlərdə iştirak edən Özilin sabah Aaron Remzinin yerinə start heyətində yer alacağı gözlənilir.

Qeyd edək ki, “Emireyts” stadionunda keçiriləcək “Arsenal” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 00:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right