UEFA qərar verdi: "Vorskla" - "Arsenal" matçının yeri dəyişdirildi

UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda Ukraynanın "Vorskla" klubu İngiltərə nəhəngi "Arsenal"ı qəbul edəcək.

Newsport.az-ın məlumatına görə, qarşılaşmanın keçiriləcəyi məkan dəyişdirilib. Belə ki, oyun Poltava şəhərində yerləşən Aleksey Butovski adına stadionda baş tutmayacaq. Buna səbəb Poltavada və bu şəhərə yaxın bölgələrdə hərbi vəziyyətin elan edilməsidi. Təhlükəsizliyi nəzərə alan UEFA qarşılaşmanın Kiyev şəhərində keçirilməsinə qərar verib. Görüş noyabrın 29-u Kiyev Olimpiya Stadionda reallaşacaq.

Qeyd edək ki, təmsilçimiz "Qarabağ" "Vorskla" ilə Poltava şəhərində oynamışdı və 1:0 hesabı ilə qalib gəlmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right