"Sportinq"in 3 ulduzu Bakıda "Qarabağ"la oyuna çıxmayacaq

"Sportinq" Bakıda "Qarabağ"la keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin V tur matçına futbolçu itkiləri ilə çıxacaq.

Newsport.az-ın məlumatına görə,  Markos Xavyer Akunya və Jeremi Matyö IV turda səfərdə "Arsenal"la qolsuz heç-heçə etdikləri qarşılaşmada cəzalı duruma düşüb.

Argentinalı hücumameylli yarımmüdafiəçi qrup mərhələsində üçüncü sarı vərəqəsini alaraq, limiti doldurub.

Fransalı müdafiəçi isə sonuncu ümid folu kimi Mxitaryana qarşı kobudluğuna görə önündə qırmızı vərəqə görüb.

O, meydanı tərk edərkən, azarkeşlərdən üzr istəyib. Bundan əvvəl "Sportinq"in argentinalı futbolçusu Rodriqo Battalya uzun müddətlik sıradan çıxmışdı.

"Sportinq" sentyabrın 20-də "Qarabağ"la Lissabondakı qarşılaşmada qələbə qazanıb - 2:0. Komandalar noyabrın 29-da Bakı Olimpiya Stadionunda üz-üzə gələcək. "Qarabağ" - "Sportinq" matçı saat 21:55-də başlayacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right