Avropa Liqasında həftənin ən yaxşı futbolçusu məlum oldu

Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, "Zalsburq"un yarımmüdafiəçisi Takumi Minamino ən yaxşı oyunçu seçilib. O, səsvermədə Matyu Valbuena ("Fənərbaxça"), Kostas Fortounis (""Olimpiakos"), Miyat Qaçinoviçi ("Ayntraxt") qabaqlayıb.

Qeyd edək ki, Minamino "Rosenborq"la  matçda (5:2) het-trik edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right