“Qarabağ”ın təyyarəsi Ukraynadan qayıtmaqda problemlə üzləşdi

Azərbaycan çempionu “Qarabağ”ın Ukraynadan Bakıya dönməsində problem yaranıb.

Newsport.az-ın məlumatına görə, əlverişsiz hava şəraiti ucbatından komandanı Bakıya gətirməli olan təyyarə geriyə qayıda bilməyib. Təyyarə bu gün yerli vaxtla saat 12:00-da Poltava hava limanından uça biləcək.

Əvvəl təyyarənin Bakı vaxtı ilə saat 03:30-da havaya qalxacağı planlaşdırılmışdı. AZAL şirkətinə məxsus təyyarə saat 07:00-da Heydər Əliyev adına hava limanına eniş etməli idi.

Qeyd edək ki, “Qarabağ” “Vorskla” üzərində 1:0 qələbə qazanaraq ilk xalını qazanıb və ilk qolunu vurub. Bu matç şaxtalı hava şəraitində keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right