Ukraynadakı konsulumuz: "Qarabağ"a dəstək olmaq hər bir Azərbaycan vətəndaşının borcudur"

"Qarabağ"ın məşqinə böyük ruhla gəlmişik. Komandamızın azarkeşlərini stadionda gözləyirik".

Newsport.az-ın məlumatına görə, bu sözləri Azərbaycanın Ukraynadakı fəxri konsulu Elşən Vəliyev deyib. 

Ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev və fəxri konsulu Elşən Vəliyev Avropa Liqasının qrup mərhləsində səfərdə "Vorskla" ilə qarşılaşacaq "Qarabağ"ı ziyarət ediblər. 

Elşən Vəliyev jurnalistlərə verdiyi açıqlamada azərbaycanlı azarkeşlərin rahatlıqlarını təmin etmək üçün əllərindən gələni etdiklərini və onları oyuna dəvət etdiklərini bildirib: "Səfirlik tərəfindən Ukraynada yaşayan azərbaycanlıları oyuna aktiv şəkildə maraq göstərməyə,stadiona gəlməyə çağırmışıq. Ümid edirik ki, azarkeşlərimiz stadiona gələcəklər. Çünki Qarabağ bizim ən həssas yerimizdir. Ona görə də, "Qarabağ"a dəstək olmaq hər bir Azərbaycan vətəndaşının, soydaşımızın mənəvi borcudur". 

Konsul 250-300 nəfər azarkeşin "Qarabağ"a dəstək verəcəyini açıqlayıb:  "250-300 nəfərin oyuna gələcəyinə ümid edirik. Müxtəlif regionlara avtobuslar ayırmışıq ki, azarkeşlərimiz oyuna gələ bilsinlər".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right