Newsport.az-ın məlumatına görə, Poltava klubu matçın keçiriləcəyi Bakı Olimpiya Stadionunda son məşqə çıxıb. Məşqi izləyənlər arasında millimizin sabiq üzvləri - Cahangir Həsənzadə, Fərrux İsmayılov və Tərlan Əhmədov da olub. Onlar Poltava klubunun çalışdırıcısı Vasili Saçko ilə söhbətləşiblər.
Qeyd edək ki, Fərrux İsmayılov, Cahangir Həsənzadə, Tərlan Əhmədov, Kamal Quliyev və Samir Əliyev Vasili Saçko ilə birgə Ukraynanın "Volın" klubunda çıxış ediblər.






