Avropa Liqasının 1/2 final mərhələsinin ilk oyunu zamanı "Atletiko Madrid"i qəbul edən "Arsenal"ın futbolçusu Məsut Özil görüş zamanı maraqlı hadisə ilə diqqət mərkəzinə düşüb.
Newsport.az xəbər verir ki, Türk əsilli yarımmüdafiəçi oyun zamanı azarkeş tərəfindən ona tərəf atılmış çörəyi öpərək kənara qoyub. Bu isə digər futbolsevərlər tərəfindən rəğbətlə qarşılanıb.
Qeyd edək ki, "Arsenal" "Atletiko" görüşü 1-1 hesabıyla başa çatıb.
