Məlum olduğu kimi, "Qarabağ" gələn həftə "İnter"lə üz-üzə gələcək.
Newsport.az-ın məlumatina görə, Avroliqanın qrup mərhələsinin son turuna təsadüf edəcək oyunun biletləri ayın 8-dən satışa çıxarılacaq.
Görüş üçün 31.200 bilet hazırlanıb. Bu biletlərdən 30.900-ü azarkeşlər, qalan 300-ü isə media üçün nəzərdə tutulub. Biletlərin qiymətinə gəlincə, biletlər 1-10 AZN arası dəyişəcək. VİP bilet əldə etmək istəyənlər isə 50 AZN-dən keçməli olacaq.
"Qarabağ" - "İnter" dueli dekabrın 11-də, saat 21:00-da başlanacaq.