Əliyar Ağayev Avropa Liqasının qrup oyununa təyinat aldı

Bu mövsüm Avropa Liqasında heç bir klubumuz ölkəmizi təmsil etməsə də, hakimlərimiz bu mənada seçilib.

Newsport.az xəbər verir ki, FİFA referisi Əliyar Ağayev 1-ci turun matçını idarə edəcək.

O, Portuqaliyada yerli “Gimarayanş”la Avstriya “Zalsburq”unun matçında əsas söz sahibi olacaq. Ona laysmanlar Zeynal Zeynalovla Rza Məmmədov kömək edəcək. Orxan Məmmədovla, Rəhim Həsənov qapıarxası, Mübariz Haşımov isə 4-cü hakim funksiyasını yerinə yetirəcək. 

Qeyde dək ki, sözügedən matç sentyabrın 14-ü, saat 23:05-də start götürəcək. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right