Avropa Liqasının II təsnifat mərhələsində "Fola" ilə qarşılaşacaq Bakının "İnter" klubunun bu görüşlər üçün sifariş etdiyi oyunçular bəlli olub.
Newsport.az-ın məlumatına görə, baş məşqçi Zaur Svanadze bu mərhələ üçün 17 futbolçunun adını siyahıya daxil edib.
Qapıçılar: 1. Səlahət Ağayev, 13. Orxan Sadıqlı;
Müdafiəçilər: 33. Tərlan Quliyev, 4. Slavik Alxasov, 27. Adrian Skarlatake, 22. İlkin Qırtımov, 3. Denis Silva Kruz, 2. Sərtan Taşkın, 65. Cabir Əmirli;
Yarımmüdafiəçilər: 24. Fuad Bayramov, 10. Elnur Abdullayev, 6. Samir Zərgərov, 19. Mirhüseyn Seyidov, 88. Məmməd Quliyev, 7. Mirsahib Abbasov, 8. Nizami Hacıyev;
Hücumçular: 9. Pərdis Fərcad Azad, 11. Raud Əliyev.
Qeyd edək ki, komandalar arasındakı ilk görüş sabah "Dalğa Arena"da keçiriləcək.