"İnter" azarkeşlər üçün avtobuslar ayırdı

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində “İnter” Serbiyanın “Mladost” klubu ilə qarşılaşacaq. Cavab qarşılaşması sabah saat 21.00-da Dalğa Arena stadionunda keçiriləcək.

Newsport.az saytının məlumatına görə, klub rəhbərliyi yolun uzaqlığını nəzərə alaraq azarkeşlərə jest edib.

Təmsilçimiz üçün böyük əhəmiyyət kəsb edən matçı izləmək və "İnter"i dəstəkləmək istəyən azarkeşlər iyulun 6-da saat 19.00-da Koroğlu metrostansiyasının yaxınlığında dayanacaq avtobuslardan istifadə edə bilərlər. Məlumatı klubun rəsmi "facebook" səhifəsi yayıb.

Qeyd edək ki, "İnter" ilk oyunda 3:0 hesablı qələbə qazanıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right