Avroliqanın F qrupunun son turunda "İnter" səfərdə "Sent-Etyen"lə heç-heçə edib - 1:1.
Newsport.az-ın məlumatına görə, italyan klubunun çalışdırıcısı Valter Matsari oyundan sonra açıqlama verib.
Milan təmsilçisinin baş məşqçisi nəticəyə baxmayaraq, komandasıyla fəxr etdiyini bildirib: "Komandamla fəxr edirəm. İlk hissədə yaxşı oyun nümayiş etdirdik. Bu görüşdə qələbə də qazana bilərdik.
Lakin zədələr səbəbindən ikinci hissədə oynamağa gücümüz çatmadı. Bu heç-heçə bizim üçün utancvericidir. Bir qədər diqqətli oynasaydıq, üç xal qazana bilərdik".