"İnter"lə oyunun ilk hissəsində istədiyimiz oyunu sərgiləyə bilmədik. Fasiləyə qədər hesabı bərabərləşdirmək istəsək də, bunu bacarmadıq. İkinci hissəyə qolla başladıq. Lakin qələbə qolunu vurmağa müvəffəq olmadıq".
Newsport.az-ın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Sent-Etyen" klubunun baş məşqçisi Kristof Qaltye Avropa Liqasının qrup mərhələsində 1:1 bərabərə qaldıqları "İnter"lə oyundan (1:1) sonra deyib.
Nəticədən narazı qalmadığını bildirən təcrübəli mütəxəssis "Qarabağ"la görüşün yarımfinala bərabər olacağını bildirib: "Nəticədən razı qala bilmərəm. Çünki qalib gəlmək istəyirik. Lakin qrupdan çıxmaq şansımız qalır. Qrupda maraqlı vəziyyət yaranıb. Üç komandanın 4 xalı var. Bu mənada "Qarabağ"la oyun yarımfinala, "Dnepr"lə matçımız isə finala bərabərə olacaq".
Qeyd edək ki, "Sent-Etyen" Avropa Liqasının qrup mərhələsində növbəti matçını noyabrın 27-də məhz "Qarabağ"a qarşı keçirəcək.