"Qarabağ"ın qapıçısı İbrahim Şehiç "Dnepr"lə oyunöncəsi maraqlı fikirlər bildirib.
Newsport.az-ın məlumatına görə, qolkiper qələbə qazanmağa çalışacaqlarını deyib:
"Deyə bilərəm ki, Avropanın güclü klublarından birinə qarşı mübarizə aparacağıq. Taktikanı düzgün qurub, qələbə qazanmağa çalışacağıq. Avroliqaya düşəndən rəqiblərimizin oyununa baxmağa çalışıram. Son olaraq "Dnepr"in "Çernomorets"lə oyununu izləmişəm. Orda bəzi xorvat oyunçular var idi ki, uşaqlıqdan onlara azarkeşlik etmişəm. Çox güclü rəqibdilər".