"Dnepr"in yarımmüdafiəçisi Yevgeni Şaxov sabah "Qarabağ"a qarşı keçirəcəkləri oyundan əvvəl maraqlı açıqlamalar verib.
Newsport.az xəbər verir ki, futbolçu oyunlarının alınmamasından şikayətlənib:
"Düşünmürəm ki, "Dnepr" Avroliqanı fikirləşmir. Sadəcə nədənsə, oyunlarımız alınmır. Məhz bu üzdən istədiyimiz nəticəni qazana bilmirik".
Şaxov ölkə çempionatının son turunda Kiyev "Dinamo"suna məğlubiyyəti belə şərh edib: "Təbii ki, məğlub olmaq pisdi. Özü də böyük hesabla. Sabahki oyuna adi qaydada hazırlaşırıq".