Məlum olduğu kimi, sabah Avroliqanın F qrupunun IV turunda "Qarabağ" "Dnepr"i qəbul edəcək.
Newsport.az xəbər verir ki, qonaq komandanın baş məşqçisi Miron Markeviç oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- Siz ilk dəqiqələrdən hücuma atılacaqsız?
- Artıq itiriləsi heç nə yoxdu. Qrupdan çıxmaq istəyiriksə, sabah "Qarabağ"a qalib gəlməliyik.
- Meydana 2 hücumçuyla çıxacaqsız?
- Bu, hələ məlum deyil. Hər şey məşqdən sonra bilinəcək. Bazar günü "Şaxtyor"la da vacib oyunumuz var. Bunu nəzərə almalıyıq.
- "Şaxtyor"la oyunu düşünəcəksiz, yoxsa, konkret Avroliqa üçün oynayacaqsız?
- Bu, mənim üçün də maraqlı sualdı. Avroliqada yolumuza davam eləmək arzusundayıq. Lakin daxili çempionat da önəmlidi.
- Roman Zozulya "Qarabağ"la matçda oynamasa da, "Dinamo"yla oyunda meydanda idi...
- Bizdə 3 vacib hücumçu var. Biri xorvat, ikisi isə ukraynalı. Kimi meydana çıxaracağımı dəqiq bilmirəm.