Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunlarına start verilir.
Newsport.az-ın məlumatına görə, qarşılaşmalar 2 günü əhatə edir. İlk oyun günündə 3 görüş keçirilir
Türkiyənin “Fənərbaxça” klubu öz meydanında “Krasnodar”ı qəbul edir. Səfərdə Rusiya klubuna 0:1 hesabı ilə uduzan İstanbul təmsilçisi öz azarkeşləri önündə qələbə qazanmağa və mərhələ adlamağa çalışacaq.
Qrup mərhələsində “Qarabağ”la mübarizə aparan PAOK səfərdə “Şalke” ilə qarşılaşacaq. Öz meydanında almanlara 3 cavabsız qolla uduzan Yunanıstan klubunun mərhələ keçmək şansı azdır.
Digər oyunda isə “Mançester Yunayted” “Sent-Etyen”in qonağı olacaq. “Qəbələ” ilə qrup mərhələsində mübarizə aparan Fransa təmsilçisi səfərdəki məğlubiyyətin (0:3) əvəzini çıxmağa çalışacaq.
Qeyd edək ki, mərhələnin digər oyunları sabah keçiriləcək.
22 fevral
Avropa Liqası
1/16 final mərhləsi, cavab oyunları
21:00. “Fənərbaxça” (Türkiyə) – “Krasnodar” (Rusiya) - 1:1
Qollar: Smolov, 7 (0:1), Souza, 41 (1:1)
İlk oyun – 0:1 -
21:00. “Şalke” (Almaniya) – PAOK (Yunanıstan) - 1:1
Qollar: Şeps, 23 (1:0), Nastasiç, 25 - avtoqol (1:1)
İlk oyun – 3:0
21:00. “Sent-Etyen” (Fransa) – “Mançester Yunayted” (İngiltərə) - 0:1
Qol: Mxitaryan, 17
Qırmızı vərəqə: Bailli, 63 ("Mançester Yunayted")
İlk oyun – 0:3