"Dnepr"in futbolçusu: "Bizi "Qarabağ"la çətin qarşılaşma gözləyir"

"Bizi "Qarabağ"la çətin qarşılaşma gözləyir. Qələbə qazanmağa çalışacağıq. Daxili çempionatda hələ ki, məğlub olmamışıq. Uğurlu seriyanı Avroliqada da davam etdirməliyik".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Dnepr"in yarımmüdafiəçisi Yevgeni Konoplyanka "Qarabağ"la oyunöncəsi fikirlərini söyləyərkən deyib:

"Heyətdə bəzi problemlər var. Məsələn, Roman Zozulyanın zədəli olması bizim üçün böyük itkidir. Amma əlimizdən gələni edib onun yoxluğunu unutdurmalıyıq. Bizi maraqlı və gərgin qarşılaşma gözləyir".

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right