Avopa Liqasının qrup mərhələsinin III turunun oyunlarına bu gün keçiriləcək bir görüşlə start veriləcək.
Newsport.az-ın məlumatına görə, Kiyevdə baş tutacaq oyunda "Metallist" (Ukrayna) və "Legiya" (Polşa) komandaları üz-üzə gələcək.
Sabah Kiyevdə qrup mərhələsinin daha bir oyunu - "Dnepr" - "Qarabağ" matçı keçiriləcək. UEFA qaydalarına əsasən, eyni şəhərdə bir gün ərzində iki avrokubok matçı keçirilə bilməz. Bu səbəbdən "Metallist" - "Legiya" oyunu bir gün öncəyə təyin olunub.
Qeyd edək ki, "Metallist" - "Legiya" oyunu bu axşam,Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
22 oktyabr
Avropa Liqası, qrup mərhələsinin III tur
21:00. "Metallist" (Xarkov, Ukrayna) - "Legiya" (Polşa) - 0:1
Qol: Duda, 28 (0:1)